Ermənistanda son sutkada COVID-19-dan 43 nəfər ölüb

Ermənistanda son sutkada COVID-19-dan 43 nəfər ölüb Ermənistanda son sutkada daha 903 nəfər COVID-19-a yoluxub.
Region
12 Oktyabr , 2021 11:09
Ermənistanda son sutkada COVID-19-dan 43 nəfər ölüb

Ermənistanda son sutkada daha 903 nəfər COVID-19-a yoluxub.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Qeyd olunub ki, bununla da koronavirusa yoluxanların ümumi sayı 273 860-a yüksəlib.

Bildirilib ki, son sutkada isə 43 nəfər ölüb və COVID-19-dan ölənlərin sayı 5 618-ə çatıb.

Virusdan 250 055 nəfər sağalıb. Hazırda 16959 pasiyent müalicə olunur.

Son xəbərlər

Orphus sistemi