Ermənistanda son sutkada 16 nəfər koronavirusdan ölüb

Ermənistanda son sutkada 16 nəfər koronavirusdan ölüb Ermənistanda son sutkada daha 586 nəfər COVID-19-a yoluxub
Region
21 Mart , 2021 10:48
Ermənistanda son sutkada 16 nəfər koronavirusdan ölüb

Ermənistanda son sutkada daha 586 nəfər COVID-19-a yoluxub.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 183 713-ə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 16 nəfər artaraq 3 348-ə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 857 nəfərdir. İndiyədək 168 289 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 11 219 aktiv koronavirus xəstəsi var.

Son xəbərlər

Orphus sistemi