Ermənistanda son sutkada 13 nəfər koronavirusdan ölüb

Ermənistanda son sutkada 13 nəfər koronavirusdan ölüb Ermənistanda daha 263 nəfərdə koronavirus aşkarlanıb.
Region
16 Yanvar , 2021 10:52
Ermənistanda son sutkada 13 nəfər koronavirusdan ölüb

Ermənistanda daha 263 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 164 235 olub.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 13 nəfər artaraq 2 987-yə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 728-ə yüksəlib. İndiyədək 152 615 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 7 905 aktiv koronavirus xəstəsi var.

Son xəbərlər

Orphus sistemi