Ermənistanda son sutkada 1257 nəfər COVID-19-a yoluxub

Ermənistanda son sutkada 1257 nəfər COVID-19-a yoluxub Bununla da Ermənistanda virusa yoluxanların sayı 187 441-ə çatıb
Region
25 Mart , 2021 11:01
Ermənistanda son sutkada 1257 nəfər COVID-19-a yoluxub

Ermənistanda son sutkada daha 1 257 nəfərdə COVID-19 aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 187 441-ə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 14 nəfər artaraq 3 416-ə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 871 nəfərdir. İndiyədək 169 727 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 13 427 aktiv koronavirus xəstəsi var.

Son xəbərlər

Orphus sistemi