Ermənistanda son sutkada 11 nəfər koronavirusdan ölüb

Ermənistanda son sutkada 11 nəfər koronavirusdan ölüb Ermənistanda daha 396 nəfərdə koronavirus aşkarlanıb.
Region
15 Yanvar , 2021 10:50
Ermənistanda son sutkada 11 nəfər koronavirusdan ölüb

Ermənistanda daha 396 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 163 972 olub.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 11 nəfər artaraq 2 974-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 721-ə yüksəlib. İndiyədək 152 320 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 7 952 aktiv koronavirus xəstəsi var.

Son xəbərlər

Orphus sistemi