Ermənistanda siyasi fəallar saxlanılıblar

Ermənistanda siyasi fəallar saxlanılıblar Onun istintaqa cəlb edilməsi məcburi qaydada icra edilib
Region
20 Fevral , 2021 14:03
Ermənistanda siyasi fəallar saxlanılıblar

Ermənistan polisi müxalif “Veto” hərəkatının lideri Narek Malyan saxlanılıb. Onun istintaqa cəlb edilməsi məcburi qaydada icra edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, ötən gün axşam Milli Təhlükəsizlik Xidməti (MTX) parlament aparatının keçmiş rəhbəri Aru Sağatelyan, keçmiş deputat Karen Bekaryan və ölkənin daha iki vətəndaşı saxlanılıb.

Hakimiyyət orqanlarının hərəkətlərini sərt tənqid etməklə saxta bir feysbuk hesabı yaratmaqda ittiham olunurlar. MTX-nin yaydığı məlumata görə, saxlanılan müxalifətçilər həmin hesab vasitəsilə hərbi vəziyyət zamanı senzuranın normalarını pozublar.

Müxalifətçilər bütün saxlanılmaların ölkənin baş naziri Nikol Paşinyanın istefasını tələb edən birləşmiş müxalifətin planlaşdırdığı mitinqlə bağlı olduğunu bildiriblər.

Son xəbərlər

Orphus sistemi