Ermənistanda “Araratsement” şirkətinin əməkdaşları tətil elan ediblər

Ermənistanda “Araratsement” şirkətinin əməkdaşları tətil elan ediblər Ermənistanda “Araratsement” şirkətinin əməkdaşları tətil elan ediblər.
Region
15 Aprel , 2019 12:17
Ermənistanda “Araratsement” şirkətinin əməkdaşları tətil elan ediblər

Ermənistanda “Araratsement” şirkətinin əməkdaşları tətil elan ediblər.

“Report” “Novosti Armeniya"ya istinadən xəbər verir ki, onlar müəssisənin bağlanmasına etirazlarını bildiriblər.

Qeyd edək ki, işçilərə aprelin 12-də şirkətin bağlanması ilə bağlı bidiriş göndərilib. Aprelin 15-də səhər saatlarında əməkdaşlar bildirişləri götürməkdən imtina ediblər.

“Araratsement”in direktorluğu bildirib ki, sementin istehsal dəyəri bahadır: “Biz İran istehsalı olan sementlə rəqabət apara bilmirik”.

Vurğulanıb ki, 2018-ci ildə Ermənistan 680 min tona yaxın sement istifadə edib. Bunun 512 min tonu ölkədə istehsal olunub, 168 min tonu isə ixrac edilib. 

Son xəbərlər

Orphus sistemi