Ermənistanda səfirlər Türkiyə -Ermənistan normallaşma prosesini müzakirə edib

Ermənistanda səfirlər Türkiyə -Ermənistan normallaşma prosesini müzakirə edib Ermənistan parlamentinin sədr müavini Ruben Rubenyan qanunverici orqanın binasında ABŞ, Böyük Britanya, İsveçrə, Avropa İtifaqı ölkələrinin səfirləri və akkreditasiya olunan nümayəndəliklərinin rəhbərləri ilə görüş keçirib
Region
10 May , 2022 16:22
Ermənistanda səfirlər Türkiyə -Ermənistan normallaşma prosesini müzakirə edib

Ermənistan parlamentinin sədr müavini Ruben Rubenyan qanunverici orqanın binasında ABŞ, Böyük Britaniya, İsveçrə, Avropa İttifaqı ölkələrinin səfirləri və akkreditasiya olunan nümayəndəliklərinin rəhbərləri ilə görüş keçirib.

“Report” xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.

Bildirilib ki, görüş iştirakçıları Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesini və regiondakı vəziyyəti müzakirə ediblər.

Qeyd edək ki, Ruben Rubenyan Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində Ermənistanın rəsmi təmsilçisidir. Türkiyə tərəfdən bu istiqamətdə danışıqlara Türkiyənin ABŞ-dakı keçmiş səfiri Sərdar Kılıç başçılıq edir.

Nümayəndələr arasında artıq üç dəfə: yanvarın 14-də Moskvada, fevralın 24-də və mayın 3-də Vyanada görüş olub.

Son xəbərlər

Orphus sistemi