Ermənistanda sakinlər zəlzələdən yox, qorxudan xəsarət aldılar

Ermənistanda sakinlər zəlzələdən yox, qorxudan xəsarət aldılar Ermənistanda baş verən zəlzələdən qorxuya düşən bir neçə nəfər xəsarət alıb
Region
14 Fevral , 2021 15:09
Ermənistanda sakinlər zəlzələdən yox, qorxudan xəsarət aldılar

Ermənistanda baş verən zəlzələdən qorxuya düşən bir neçə nəfər xəsarət alıb.

“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Onlar Yerevandakı "Erebuni" tibb mərkəzinə müraciət etdilər. Nazirlik həmin şəxslərin yüngül xəsarət aldıqlarını, həyatları üçün heç bir təhlükənin olmadığını bildirib.

Səhiyyə Nazirliyinin mətbuat karibi Ripsim Xaçatryan isə daha 2 nəfərin Yerevandakı tibb mərkəzinə müraciət etdiyini bildirib. O, qeyd edib ki, həmin şəxslərdə sınıq xəsarətləri aşkarlanıb.

Son xəbərlər

Orphus sistemi