Ermənistanda sabiq nazirin qardaşı oğlu həbs edilib

Ermənistanda sabiq nazirin qardaşı oğlu həbs edilib Ermənistanda sabiq maliyyə naziri və Dövlət Gəlirləri Komitəsinin sədri Qagik Xaçatryanın həmin komitədə işləmiş qardaşı oğlu Karen Xaçatryan həbs edilib.
Region
30 Avqust , 2019 17:29
Ermənistanda sabiq nazirin qardaşı oğlu həbs edilib

Ermənistanda sabiq maliyyə naziri və Dövlət Gəlirləri Komitəsinin sədri Qagik Xaçatryanın həmin komitədə işləmiş qardaşı oğlu Karen Xaçatryan həbs edilib.

“Report” “Armtimes”ə istinadən xəbər verir ki, müvafiq qətmanə İrəvan Ümumi Məhkəməsi tərəfindən çıxarılıb.

Bununla yanaşı, məhkəmə Milli Təhlükəsizlik Xidməti müstəntiqinin sabiq nazir barəsində də həbs qətimkan tədbiri tətbiq olunması barədə müraciətini müzakirə edir.

Qeyd edək ki, Qagik və Karen Xaçatryanlar avqustun 27-də MTX əməkdaşları tərəfindən saxlanılaraq onlara qarşı külli miqdarda mənimsəmə və ya israf, vəzifəli şəxslər tərəfindən vəzifəsindən ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olan sui-istifadə haqqında maddələrlə ittihamlar irəli sürülüb.

Orphus sistemi