​Ermənistanda Rusiyanın enerji qiymətlərinin qaldırılmasına qarşı etiraz aksiyası keçirilib

​Ermənistanda Rusiyanın enerji qiymətlərinin qaldırılmasına qarşı etiraz aksiyası keçirilib Təqribən 6 min insan İrəvanın mərkəzi meydanına toplaşıb
Region
20 İyun , 2015 07:34
​Ermənistanda Rusiyanın enerji qiymətlərinin qaldırılmasına qarşı etiraz aksiyası keçirilib

Bakı. 20 İyun. REPORT.AZ/ İyunun 19-da təqribən 6 min insan elektrik enerjisi qiymətlərinin qaldırılmasına etiraz əlaməti olaraq İrəvanın Azadlıq meydanına toplaşaraq nümayiş keçirib.

"Report" "Deutsche Welle"yə istinadən xəbər verir ki, mitinqə toplaşanlar hakimiyyətdən Rusiyanın bu yaxınlarda elektrik enerjisi tariflərinin növbəti dəfə qaldırılacağını bəyan edən "Ermənistan elektrik şəbəkə" (EEŞ) şirkətinin özbaşınalığına son qoymağı tələb ediblər.

Aksiyanın təşkilatçısı olan "Talana yox!" vətəndaş təşəbbüsünün üzvləri bəyan ediblər ki, onlar bu günlərdə EEŞ-nin tariflərin qaldırılmasına dair ərizəsini qismən təsdiq edən İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyasının (İXTK) qərarını yerinə yetirmək niyyətində deyillər. Fəallar nümayişə toplaşanları iyunun 22-dək oturaq piket keçirməyə çağırıblar.

"Əgər hakimiyyət göstərilən dövrədək bizim tələbimizi yerinə yetirməsə, biz prezident iqamətgahına doğru irəliləyəcəyik", - deyə aksiya təşkilatçıları bildirib.

İXTK-nın son qərarına əsasən, avqustun 1-dən Ermənistanda elektrik enerjisinin qiyməti 1 kVt/saata görə əvvəlki natamam 42 dramın əvəzinə (təqribən 4,8 rubl) 50 dram (təqribən 5,7 rubl) təşkil edəcək.

Son xəbərlər

Orphus sistemi