Ermənistanda rus hərbçinin qatili həbsxana nəzarətçilərinə xəsarət yetirib

Ermənistanda rus hərbçinin qatili həbsxana nəzarətçilərinə xəsarət yetirib Ermənistanın Gümrü şəhərində Rusiya hərbi qulluqçusu Dmitri Yalpayevi qətlə yetirdiyinə görə azadlıqdan 22 il müddətinə məhrum edilmiş Arman Cancuqazyan ülgüclə islah-əmək müəssisənin əməkdaşlarına hücum edib
Region
15 Mart , 2021 02:06
Ermənistanda rus hərbçinin qatili həbsxana nəzarətçilərinə xəsarət yetirib

Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən 102 saylı hərbi bazasının hərbi qulluqçusu Dmitri Yalpayevi qətlə yetirdiyinə görə azadlıqdan 22 il müddətinə məhrum edilmiş Arman Cancuqazyan ülgüclə islah-əmək müəssisənin əməkdaşlarına hücum edib.

Bu barədə “Report” "RİA Novosti” agentliyinə istinadən xəbər verir.

Bildirilir ki, Arman Cancuqazyan qətlə cəhddə ittiham olunur. O, qəfil birdəfəlik ülgücü ələ keçirərək həbsxananın iki nəzarətçisinə hücum edib. Məhkum islah-əmək müəssisənin əməkdaşlarının fəal müqaviməti nəticəsində cinayət əməlini sona qədər yerinə yetirə bilməyib.

Hazırda bununla bağlı cinayət işi üzrə məhkəmə prosesi Ermənistanın Şirak əyalətində keçirilir.

Rusiyanın Gümrüdəki hərbi bazasının hərbi qulluqçusu Dmitri Yalpayev 22 aprel 2017-ci ildə Arman Cancuqazyan tərəfindən öldürülüb. Onun boyun, kürək və baş nahiyəsində səkkiz kəsilmiş-deşilmiş yara aşkarlanıb.

Son xəbərlər

Orphus sistemi