Ermənistanda qlobal tibbi problem yaranıb, xəstəxanalarda çarpayılar çatışmır

Ermənistanda qlobal tibbi problem yaranıb, xəstəxanalarda çarpayılar çatışmır Ermənistanda ürək-damar xəstəliklərindən əziyyət çəkən pasiyentlərin tibbi yardım almaq üçün müraciətlərinin sayında xeyli artım var, tibb mərkəzlərində çarpayı çatışmazlığı problemi mövcuddur.
Region
10 Mart , 2022 08:36
Ermənistanda qlobal tibbi problem yaranıb, xəstəxanalarda çarpayılar çatışmır

Ermənistanda ürək-damar xəstəliklərindən əziyyət çəkən pasiyentlərin tibbi yardım almaq üçün müraciətlərinin sayında xeyli artım var, tibb mərkəzlərində çarpayı çatışmazlığı problemi mövcuddur.

“Report” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin kardiologiya üzrə müşaviri Hamlet Ayrapetyan bildirib.

Onun sözlərinə görə, yaz aylarında bütün xroniki xəstəliklər kəskinləşir, söhbət ilk növbədə arterial hipertoniyadan, ürəyin işemik xəstəliyindən, ürək ritminin pozulmasından gedir.

“Hazırda hətta xəstəxanalarda çarpayı problemi var. Bu təkcə tibbi yox, həm də sosial problemdir. Xroniki ürək xəstəliyi olan insanlar mütəmadi olaraq həkimlərin nəzarəti altında lazımi müalicə almalıdırlar”, - Ayrapetyan bildirib.

Müşavir demək olar, bütün ürək-damar xəstəliklərinin nəzərəçarpacaq dərəcədə “cavan” olduğunu vurğulayıb və bunun qlobal tendensiya olduğunu diqqətə çatdırıb.

Hayrapetyan əlavə edib ki, risk qrupuna 50 yaşdan yuxarı kişilər və 60 yaşdan yuxarı qadınlar daxildir. “Xəstəliyi ilkin mərhələdə aşkar etmək və sonrakı fəsadların qarşısını almaq üçün həkimlərə daha tez-tez müraciət etmək lazımdır”, - o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi