Ermənistanda qızıl mədənində atışma olub, yaralanan var

Ermənistanda qızıl mədənində atışma olub, yaralanan var Polis silahlı basqını törədən Vardenis rayonunun 31 yaşlı sakinini saxlayıb
Region
2 Dekabr , 2016 11:15
Ermənistanda qızıl mədənində atışma olub, yaralanan var

Bakı. 2 dekabr. REPORT.AZ/ Ermənistanda qızıl mədənində atışma olub. 

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, gecə baş verən silahlı qarşıdurma nəticəsində təhlükəsizlik xidmətinin bir əməkdaşı yaralanıb.

Məlumata görə, 31 yaşlı kişi gecəyarısı mədənin ərazisinə girməyə cəhd göstərib. Mühafizəçilər onun qarşısını almağa çalışıblar. Bu zaman həmin şəxs atəş açıb.

Polis silahlı basqını törədən Vardenis rayonunun 31 yaşlı sakinini saxlayıb.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi