Ermənistanda qazdoldurma məntəqəsində partlayış baş verib

Region
  • 13 noyabr, 2026
  • 12:16
Ermənistanda qazdoldurma məntəqəsində partlayış baş verib

Ermənistanın Lori vilayətinin Tumanyan icmasında yerləşən qazdoldurma məntəqəsində partlayış baş verib.

"Report" xəbər verir ki, bu barədə Ermənistan mediası Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinə istinadən məlumat yayıb.

Hadisə yerinə dörd yanğınsöndürmə-xilasetmə heyəti yola düşüb.

İlkin məlumatlara görə, partlayış qazdoldurma məntəqəsinin ərazisindəki kompressor sistemində baş verib.

Nəticədə bina qismən uçub. Xəsarət alan yoxdur. Başlayan yanğın dərhal söndürülüb. Hadisənin baş vermə səbəbləri araşdırılır.