Ermənistanda qazdoldurma məntəqəsində partlayış baş verib, avtomobillər zədələnib

Region
  • 29 aprel, 2025
  • 11:30
Ermənistanda qazdoldurma məntəqəsində partlayış baş verib, avtomobillər zədələnib

Bu gün səhər Sevan-İrəvan yolunda qazdoldurma məntəqəsində partlayış baş verib.

"Report"un məlumatına görə, bu barədə erməni KİV-ləri xəbər verir.

İlkin məlumata görə, partlayış borunun kompressorla birləşdiyi yerdə baş verib.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Yaxınlıqda olan üç avtomobil, həmçinin yaxınlıqda quraşdırılmış bir neçə günəş paneli zədələnib.