Ermənistanda polis mayoru və daha 3 nəfər rüşvət alarkən tutulub
Region
- 29 mart, 2021
- 07:30
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) paytaxt Yerevanda rüşvət alan polis zabitini və daha 3 nəfəri saxlayıb.
“Report” xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb.
Bildirilib ki, Yerevanın Nor-Norka rayonunun polis bölməsinin baş müfəttişi, mayor M.E. cinayət işlərindən biri üzrə şahid qismində tanınan N.X. barədə cinayət işinin başlanmasının qarşısını almaq adı ilə ondan rüşvət istəyib. Mayor həmin şəxsdən əvvəlcə 5 min dollar tələb edib. Ancaq “sövdələşmə” nəticəsində məbləğ 4 min dollara endirilib. N.X. bu məbləğin yarısını verib.
Tərəflər kafelərdən birində görüşüblər. MTX-nin əməkdaşları kafedən çıxan polis mayoru və cinayətdə şübhəli bilinən daha 3 nəfəri saxlayıb.
Son xəbərlər
09:43
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir
Digər
09:43
Azərbaycan Basketbol Liqasında IV tur başlayır
Komanda
09:34
Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq
Maliyyə
09:33
Azərbaycanın icmal büdcəsinin kəsirinin yuxarı həddi 5 % azaldılır
Maliyyə
09:29
İnfantino: "Azərbaycan və Özbəkistan dünyanın ən yaxşı gənc futbolçularını qarşılamağa hazırlaşır"
Futbol
09:29
İcbari Tibbi Sığorta Fonduna büdcədən ayırmalar 22 %-dən çox artırılır
Maliyyə
09:23
Azərbaycan dövlət zəmanətlərinin yuxarı həddini 2 dəfə artırır
Maliyyə
09:21
Salyanda kişini elektrik cərəyanı vuraraq öldürüb
Hadisə
09:21
UEFA reytinqi: Azərbaycan həftəni 24-cü pillədə başa vurub
Futbol