Ermənistanda orta məktəblərdə koronavirus yayılır
Region
- 26 sentyabr, 2020
- 17:05
Ermənistanda Mikoyan adına 166 saylı orta məktəbin üç müəlliminin koronavirus testi müsbət olub.
"Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Təhsil, Elm, Mədəniyyət İdman Nazirliyinin İctimaiyyətlə Əlaqələr və İnformasiya İdarəsinin rəis müavini Ofelya Kamavosyan bildirib.
O, qeyd edib ki, koronavirusun aşkarlandığı müəllimlərin dərs keçdikləri siniflər distant tədrisə keçiblər. Buna baxmayaraq məktəbdə tədris davam edir.
Kamavosyanın sözlərinə görə, Ermənistanın digər əyalətlərindəki məktəblərdə də koronavirusa yoluxma halları aşkarlanıb. Bunlardan biri də Tavuş əyalətində, Noyemberyan rayonundakı tam orta məktəbdir.
Nazirlik rəsmisi vurğulayıb ki, buna baxmayaraq məktəblər bağlanmayacaq.
Son xəbərlər
18:45
"Al Hadath": ABŞ-İran danışıqları iyulun 11-də bərpa olunacaq
Digər ölkələr18:36
Foto
Cənub bölgəsi üzrə U-17 yeniyetmələr arasında region birinciliyi keçirilib
Fərdi18:30
Ərdoğan və Şahbaz Şərif birgə bəyanatlarla çıxış ediblər
Region18:15
Ermənistan müxalifətinin seçki nəticələri ilə bağlı iddiaları rədd edilib
Region18:00
Ağdamda ata və iki övladı su anbarında batıb
Hadisə17:57
Foto
Monqolustanda qədim türk abidələrinin qoruyucu hasarlarının açılış mərasimi olub
Digər ölkələr17:53
Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb
Hadisə17:50
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi 1,3 milyard dolları ötüb
Biznes17:41