Ermənistanda ordu korpusunun komandanı Paşinyanın istefasını tələb edir

Ermənistanda ordu korpusunun komandanı Paşinyanın istefasını tələb edir O, bununla bağlı bəyanat yayıb
Region
10 Mart , 2021 15:19
Ermənistanda ordu korpusunun komandanı Paşinyanın istefasını tələb edir
Qriqori Xaçaturov

Ermənistan Silahlı Qüvvələrinin 3-cü ordu korpusunun komandanı, general-mayor Qriqori Xaçaturov ölkənin baş naziri Nikol Paşinyanın istefasını tələb edir.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, o, bununla bağlı bəyanat yayıb.

Q.Xaçaturovun sözlərinə görə, son üç ildə Baş Qərargahın dörd rəisinin N.Paşinyanın təşəbbüsü ilə dəyişdirilməsi onun qeyri-adektvatlığı və məsuliyyətsiz davranışından xəbər verir.

General-mayor hesab edir ki, N.Paşinyanın Ermənistana rəhbərlik etdiyi hər yeni gün dövlətin təhlükəsizlik sistemini sarsıdır və gələcəyini şübhə altına alır.

Son xəbərlər

Orphus sistemi