Ermənistanda ölmüş hərbçinin qohumları etiraz aksiyasını dayandırıb

Ermənistanda ölmüş hərbçinin qohumları etiraz aksiyasını dayandırıb Ermənistanın müdafiə naziri David Tonoyan yanvarın 30-da həlak olmuş hərbçinin etiraz aksiyası keçirən qohumlarını aksiyanı dayandırmaqla bağlı yola gətirib.
Region
2 Fevral , 2020 14:03
Ermənistanda ölmüş hərbçinin qohumları etiraz aksiyasını dayandırıb

Ermənistanın müdafiə naziri David Tonoyan yanvarın 30-da həlak olmuş hərbçinin etiraz aksiyası keçirən qohumlarını aksiyanı dayandırmaqla bağlı yola gətirib.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Qeyd edilir ki, hərbçinin qohumları Armavir əyalətindən Yerevana aparan yolu bağlayıblar. Onlar əsgərin intihar etməsi haqqında rəsmi versiya ilə razılaşmırlar. 

"Gəlin bunu qurtaraq. Hadisənin başvermə şəraiti haqqında alınan informasiyaya görə, mən onun (hərbçinin) intihar etdiyini düşünürəm", - Tonoyan deyib.

Onun sözlərinə görə, hadisə ilə əlaqədar səhlənkarlıq edən komandirlər ciddi cəzalandırılacaq, təqsirkarların adları açıqlanıb. Nazir etirazçıları aksiyanı dayandırmağa çağırıb. O, bildirib ki, yas mərasimlərində şəxsən iştirak edəcək.

Tonoyanla danışıqlardan sonra etiraz aksiyası qurtarıb.

Daha əvvəl Ermənistanın İstintaq Komitəsi bildirib ki, cümə axşamı 20 yaşlı əsgər Vaqram Avaqyanın ölümü faktı üzrə "intihar həddinə çatdırma" maddəsi üzrə qaldırılıb. Bazar günü səhər əsgərin qohumları onun tabutu və V.Avaqyanın şəkli ilə yürüş keçiriblər. Onlar həlak olanın ölümü ilə bağlı "intihar damğası”nı götürməyi və onun ölümündəki təqsirkarların adlarını açıqlamağı tələb edirdilər. Müdafiə naziri etirazçılarla Ermənistan paytaxtının girişində görüşüb.

Son xəbərlər

Orphus sistemi