Ermənistanda növbədənkənar parlament seçkilərinin yekun nəticələri açıqlandı

Ermənistanda növbədənkənar parlament seçkilərinin yekun nəticələri açıqlandı Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar parlament seçkilərinin son nəticələrini açıqlayıb.
Region
399
27 İyun , 2021 16:20
Ermənistanda növbədənkənar parlament seçkilərinin yekun nəticələri açıqlandı

Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar parlament seçkilərinin son nəticələrini açıqlayıb.

“Report” xəbər verir ki, MSK-nın iclası yerli telekanallar tərəfindən yayımlanıb.

Verilən məlumata görə, Ermənistanın Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın “Vətəndaş sazişi” partiyası səslərin 53.91, keçmiş prezident Robert Koçaryanın “Ermənistan” bloku isə 21.9%-ni toplayıb.

“Yekun nəticələrə görə, 687 761 (53.91%) seçici “Vətəndaş sazişi”nə, 269 481 (21.9%) nəfər isə Ermənistan blokuna səs verib” deyə MSK sədri Tiqran Mukuçyan bildirib.

Paşinyanın partiyası və Koçaryanın blokundan əlavə, səslərin 5,22%-ni qazanan üçüncü prezident Serj Sarqsyan və Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanın “Şərəf duyuram” bloku da parlamentə daxil olub.

Son xəbərlər

Orphus sistemi