Bakı. 26 noyabr. REPORT.AZ/ Bu gün Ermənistanda ölkə parlamentinə növbədənkənar seçkilər ərəfəsində seçkiqabağı təşviqat kampaniyasına start verilib.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bütün partiya və bloklar seçkiqabağı yarışa fəal qoşulub. İctimaiyyətə seçki proqramlarının təqdim olunmasına və ölkə üzrə seçicilərlə görüşlərin küçirilməsinə də başlanılıb.
Ermənistan
Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan seçki kampaniyasında tam gücü ilə iştirak etmək üçün kampaniya dövrünün ilk günündən məzuniyyətə çıxıb.
Qeyd edək ki, oktyabrın 16-da Ermənistan Baş naziri Nikol Paşinyan parlamentin buraxılmasına və növbədənkənar parlament seçkilərinin keçirilməsinə nail olmaq məqsədi ilə istefa verib.
Ermənistanda növbədənkənar parlament seçkiləri dekabrın 9-da keçiriləcək.