Ermənistanda nazirin əmri ölkədə çaşqınlıq yaratdı

Ermənistanda nazirin əmri ölkədə çaşqınlıq yaratdı Ermənistan universitetlərinin rektorları ölkənin səhiyyə naziri Arsen Torosyanın əmrindən sonra yaranmış çətin vəziyyətdən necə çıxmağı müzakirə edirlər.
Region
15 Sentyabr , 2020 02:38
Ermənistanda nazirin əmri ölkədə çaşqınlıq yaratdı
Arsen Torosyan

Ermənistan universitetlərinin rektorları ölkənin səhiyyə naziri Arsen Torosyanın əmrindən sonra yaranmış çətin vəziyyətdən necə çıxmağı müzakirə edirlər.

Bu barədə "Report" "News.am"a istinadən xəbər verir.

Bildirilir ki, nazirin əmri ilə bütün ali məktəblərin və orta təhsil müəssisələrinin yaşı 65-dən çox olan işçilərini işdən çıxarmaq və onların yerinə gənc mütəxəssislər təyin etmək əmri verilib.

Bundan əlavə, rektorluqlara müəllimlərə və şagirdlərə təhsil müəssisəsinə getmək hüququndan məhrum etmək üçün bir və ya iki gün ərzində işçilərin xəstəliklərinin siyahısını tərtib etmək tapşırılıb. Əks təqdirdə təhlükəsiz şəraitin yaradılması üçün məsuliyyəti rektor daşıyacaq.

Mətbuat HİV və hepatit kimi xəstəliklər barədə məcburi məlumat verilməsinin müəllim və tələbələrin hüquqlarını pozub-pozmadığını soruşub, çünki bundan sonra onların universitetə girişi qadağan ediləcək. Həmçinin qeyd edilir ki, Torosyan əvvəlcə məsələni təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutyunyan, maliyyə naziri Atom Janjudqazyan ilə müzakirə etməlidir.

Yuxarıda göstərilənləri ümumiləşdirərək "News.am" nazirin əmrinin əməkdar müəllimləri və nüfuzlu alimləri bu sahədən sıxışdırmaq məqsədi daşıdığını bildirib.

Son xəbərlər

Orphus sistemi