Ermənistanda rusiyalı hərbçilər saxlanılıb
Region
- 10 yanvar, 2024
- 07:35
Ermənistanda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən iki rusiyalı hərbçi və bir yerli sakin saxlanılıb.
“Report” xəbər verir ki, bu barədə “News.am” məlumat yayıb.
Bildirilib ki, hadisə yanvarın 6-da Şirak rayonunun Arapi kəndində (Rusiya hərbi bazası Gümrüdə yerləşir) yoxlama aparan patrul əməkdaşları “Opel” markalı avtomobili saxlayarkən baş verib.
Sürücünün Arapi sakini olduğu üzə çıxıb və o, avtomobildən düşən zaman şüşə pipetka və polietilen torbanı yerə atıb. Hərbçilərin üzərində axtarış zamanı bıçaq və içərisində ağ maddə olan qələm qapağı aşkar edilib. Onlar polis şöbəsinə aparılıb.
Son xəbərlər
06:12
Alyaskada 5,8 bal gücündə zəlzələ qeydə alınıb
Digər ölkələr05:57
BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı iclas keçirəcək
Digər ölkələr05:37
Çin Yaponiyaya xəbərdarlıq edib
Digər ölkələr05:07
Orbanın Türkiyəyə səfəri başlayıb
Region04:34
Kuril adaları sahillərində 5,2 bal gücündə zəlzələ olub
Digər ölkələr04:02
Tramp Zelenskinin sülh sazişini nəzərdən keçirməməsindən məyus olub
Digər ölkələr03:46
Abşeronda 41 yaşlı kişi dəm qazından boğularaq ölüb
Hadisə03:30
Masazırda avtomobil yanıb, ölən və yaralılar var
Hadisə03:15