Ermənistanda mitinq iştirakçıları prezident Sarqsyanın iqamətgahına yürüş barədə qərar qəbul ediblər - YENİLƏNİB

Ermənistanda mitinq iştirakçıları prezident Sarqsyanın iqamətgahına yürüş barədə qərar qəbul ediblər - YENİLƏNİB Aksiyaçılar tez-tez avtomobil yollarını da bağlayırlar
Region
132
30 İyul , 2016 22:48
Ermənistanda mitinq iştirakçıları prezident Sarqsyanın iqamətgahına yürüş barədə qərar qəbul ediblər - YENİLƏNİB

Bakı. 30 iyul. REPORT.AZ/ Ermənistan paytaxtı Yerevan şəhərində keçirilən mitinqdə 2 mindən çox adam iştirak edir.

"Report" "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, yüzlərlə insan polis polkunun binasını ələ keçirmiş silahlı qruplaşmaya dəstək üçün paytaxtın mərkəzi küçələrinə çıxıb.

Etirazçılar dövlət orqanlarının binalarının yaxınlığında addımlayırlar. Onlardan bəziləri hökumət əleyhinə şüarlar səsləndirir.

Aksiyaçılar həmçinin tez-tez avtomobil yollarını da bağlayırlar.

Ermənistan rəhbərliyi prezident iqamətgahının, parlamentin və səfirliklərin binasının yerləşdiyti Yerevanın Baqramyan prospektinə xüsusi polis qüvvələri yerləşdirib.

Paytaxtın mərkəzində gəzintiyə çıxan nümayişçilər prezident iqamətgahının qədər getmək barədə qərar qəbul ediblər. Bu səbəbdən də Baqramyan prospekti polis tərəfindən bağlanıb.

***21:06

Ermənistanın paytaxtı Yerevanın mərkəzindəki "Azadlıq" meydanında müxalifətin növbəti mitinqi başlayıb. 

"Report" "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, müxalifət nümayəndələri yenidən meydana toplaşıblar.

Mitinq iştirakçıları hakimiyyəti istefaya getməyi və polis alayının binasını ələ keçirmiş silahlı qruplaşma üzvləri ilə yaranmış gərginliyi dinc yolla nizamlamağa çağırırlar.

Bu arada polis alayı binasınıın ələ keçirilmiş ərazisinin yerləşdiyi küçənin işıqları söndürülüb. Sakinlər ara-sıra atəş səsləri eşitdiklərini bildirirlər.

Son xəbərlər

Orphus sistemi