Ermənistanda müharibə iştirakçısı benzin töküb özünü yandırmaq istədi

Ermənistanda müharibə iştirakçısı benzin töküb özünü yandırmaq istədi Polis əməkdaşları özünəqəsdin qarşısını alıb
Region
12 Mart , 2021 16:08
Ermənistanda müharibə iştirakçısı benzin töküb özünü yandırmaq istədi

Ermənistan hökumətinin binası yaxınlığında Qarabağ müharibəsinin iştirakçısı intihara cəhd edib.

“Report” xəbər verir ki, bu barədə “Novosti Armeniya” bildirib.

Məlumata görə, 43 yaşlı Henrix Qriqoryan üstünə benzin tökərək özünü yandırmaqla intihara cəhd edib. Polis əməkdaşları özünəqəsdin qarşısını alıb.

O, özünü öldürməyə cəhdin səbəbini açıqlayarkən bildirib ki, müharbə iştirakçısıdır, polisə zəng edərək həyat yoldaşı və uşaqlarının tapılmasında ona yardım etmələrini istəyib. Ancaq indiyədək nə polis, nə də başqa uyğun təşkilatlar bu istiqamətdə heç bir addım atmayıblar.

Son xəbərlər

Orphus sistemi