Ermənistanda daha 288 nəfərdə koronavirus aşkarlanıb.
“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 39 586-ya yüksəlib.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 2 nəfər artaraq 770-yə çatıb. İndiyədək 30 850 nəfər infeksiyadan sağalıb.
Hazırda Ermənistanda 7 738 aktiv koronavirus xəstəsi var.