Ermənistanda koronavirusdan ölənlərin sayı 7 728-ə çatıb

Ermənistanda koronavirusdan ölənlərin sayı 7 728-ə çatıb Ermənistanda son sutkada daha 410 nəfərdə COVID-19 aşkarlanıb
Region
8 Dekabr , 2021 10:56
Ermənistanda koronavirusdan ölənlərin sayı 7 728-ə çatıb

Ermənistanda son sutkada daha 410 nəfərdə COVID-19 aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 341 468-ə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 10 nəfər artaraq 7 728-ə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 464 nəfərdir. İndiyədək 322 814 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 9 462 aktiv koronavirus xəstəsi var.

Son xəbərlər

Orphus sistemi