Ermənistanda koronavirusdan ölənlərin sayı 7 631-ə yüksəlib

Ermənistanda koronavirusdan ölənlərin sayı 7 631-ə yüksəlib Ermənistanda son sutkada daha 558 nəfərdə COVID-19 aşkarlanıb
Region
2 Dekabr , 2021 10:51
Ermənistanda koronavirusdan ölənlərin sayı 7 631-ə yüksəlib

Ermənistanda son sutkada daha 558 nəfərdə COVID-19 aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 339 578-ə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 21 nəfər artaraq 7 631-ə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 450 nəfərdir. İndiyədək 318 481 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 12 016 aktiv koronavirus xəstəsi var.

Son xəbərlər

Orphus sistemi