Ermənistanda koronavirusdan daha 46 nəfər ölüb

Ermənistanda koronavirusdan daha 46 nəfər ölüb Ermənistanda daha 982 nəfərdə koronavirus aşkarlanıb.
Region
17 Noyabr , 2021 11:19
Ermənistanda koronavirusdan daha 46 nəfər ölüb

Ermənistanda daha 982 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Məlumata görə, Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 330 895 nəfərə yüksəlib.

Bildirilib ki, son sutkada ölkədə koronavirusdan 46 nəfər ölüb. Bununla da ölənlərin sayı 7 153-ə çatıb.

Son xəbərlər

Orphus sistemi