Ermənistanda koronavirusdan ölənlərin sayı 4 590-a yüksəlib

Ermənistanda koronavirusdan ölənlərin sayı 4 590-a yüksəlib Ermənistanda daha 112 nəfər COVID-19-a yoluxub.
Region
26 İyul , 2021 12:02
Ermənistanda koronavirusdan ölənlərin sayı 4 590-a yüksəlib

Ermənistanda daha 112 nəfər COVID-19-a yoluxub.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 228 910-a çatıb. Son sutkada koronavirusdan 3 nəfər ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 4 590-a yüksəlib.

Koronavirusa yoluxan 219 168 nəfər sağalıb, 4 037 pasiyent müalicə olunur.

Son xəbərlər

Orphus sistemi