Ermənistanda koronavirusdan ölənlərin sayı 2 462-yə çatıb

Ermənistanda koronavirusdan ölənlərin sayı 2 462-yə çatıb Ermənistanda daha 995 nəfərdə koronavirus aşkarlanıb.
Region
12 Dekabr , 2020 10:46
Ermənistanda koronavirusdan ölənlərin sayı 2 462-yə çatıb

Ermənistanda daha 995 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 147 312 olub.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 17 nəfər artaraq 2 462-yə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 612-yə yüksəlib. İndiyədək 124 521 nəfər infeksiyadan sağalıb.

Hazırda ölkədə 19 714 aktiv koronavirus xəstəsi var.

Son xəbərlər

Orphus sistemi