Ermənistanda koronavirusdan ölənlərin sayı 2 090-a yüksəlib

Ermənistanda koronavirusdan ölənlərin sayı 2 090-a yüksəlib Ermənistanda daha 1 476 nəfərdə koronavirus aşkarlanıb.
Region
27 Noyabr , 2020 10:54
Ermənistanda koronavirusdan ölənlərin sayı 2 090-a yüksəlib
0 : 00
0 : 00

Ermənistanda daha 1 476 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 132 346 olub.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 22 nəfər artaraq 2 090-a çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 527-yə yüksəlib. İndiyədək 105 149 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 24 580 aktiv koronavirus xəstəsi var.

Son xəbərlər

Orphus sistemi