Ermənistanda koronavirusdan ölənlərin sayı 130-u ötdü

Ermənistanda koronavirusdan ölənlərin sayı 130-u ötdü Ermənistanda daha 355 nəfərdə koronavirus aşkarlanıb, 4 nəfər ölüb.
Region
138
31 May , 2020 10:56
Ermənistanda koronavirusdan ölənlərin sayı 130-u ötdü

Ermənistanda daha 355 nəfərdə koronavirus aşkarlanıb, 4 nəfər ölüb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 9 282-yə yüksəlib.

Məlumata görə, ölkədə pandemiyadan ölənlərin sayı daha 4 nəfər artaraq 131-ə çatıb.

Bildirilib ki, indiyədək 3 386 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 715 aktiv koronavirus xəstəsi var.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 6,1 milyonu ötüb. Bunların 2,7 milyon nəfərdən çoxu sağalıb, 371 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi