Ermənistanda koronavirusdan daha 42 nəfər ölüb

Ermənistanda koronavirusdan daha 42 nəfər ölüb Ermənistanda daha 1 184 nəfərdə koronavirus aşkarlanıb.
Region
25 Oktyabr , 2021 11:10
Ermənistanda koronavirusdan daha 42 nəfər ölüb

Ermənistanda daha 1 184 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 296 552-yə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 42 nəfər artaraq 6 055-ə çatıb.

Son xəbərlər

Orphus sistemi