Ermənistanda koronavirusa yoluxma ilə bağlı son statistika açıqlanıb

Region
  • 24 aprel, 2022
  • 07:46
Ermənistanda koronavirusa yoluxma ilə bağlı son statistika açıqlanıb

Ermənistanda son sutkada daha 3 nəfərdə COVID-19 aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 422 825-ə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölən olmayıb, ümumilikdə 8 622 nəfər vəfat edib.

İndiyədək 410 558 pasiyent infeksiyadan sağalıb. Hazırda ölkədə 1 962 aktiv koronavirus xəstəsi var.