Ermənistanda koronavirusa yoluxanların sayı 78-ə çatdı - YENİLƏNİB-3

Ermənistanda koronavirusa yoluxanların sayı 78-ə çatdı - YENİLƏNİB-3 Ermənistanda koronavirusa yoluxanların sayı artıb.
Region
18 Mart , 2020 00:05
Ermənistanda koronavirusa yoluxanların sayı 78-ə çatdı - YENİLƏNİB-3
bloomberg
0 : 00
0 : 00

Ermənistanda koronavirusa yoluxanların sayı artıb.

"Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Arsen Torosyan bildirib. 

"Son təsdiq edilmiş məlumatlara görə, bizdə daha 6 təsdiq edilmiş yoluxma  halı var, hansılar ki, istehsalat hadisəsi ilə bağlıdır. Beləliklə, bu gün təsdiq edilmiş halların ümumi sayı bu gün 78-dir", - nazir özünün "Facebook" səhifəsində bildirib.


***19:07

Bu gün Ermənistanda COVİD-19 virusuna daha 8 yoluxma halı aşkarlanıb.

“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin “Facebook” hesabında məlumat paylaşılıb.

Beləliklə, ölkədə yeni koronavirusa yoluxma hallarının sayı 72-yə çatıb.


*** 13:52

Ermənistanda martın 17-si saat 12-yə olan məlumata əsasən daha 12 koronavirusa yoluxma faktı qeydə alınıb. 

“Report” “Aysor”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, bununla da virusa yoluxanların sayı 64-ə çatdı.


*** 09:56

Ermənistanda koronavirusa yoluxanların sayı 52 nəfər çatıb.

“Report” “Novosti Armenii”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın səhiyyə naziri Arsen Torosyan “Facebook” səhifəsində yazıb.

“Daha 50 nəfərin testinin nəticəsi məlum olub. Bütövlükdə 105 test keçirilib. Onlardan 7-si müsbət nəticə verib”, - Torosyan yazıb.

Qeyd edək ki, Ermənistanda koronavirusla bağlı fövqəladə vəziyyət rejimi elan edilib.

Son xəbərlər

Orphus sistemi