Ermənistanda koronavirusa yoluxanların sayı 400 minə çatır

Ermənistanda koronavirusa yoluxanların sayı 400 minə çatır Ermənistanda son sutkada daha 2 842 nəfərdə COVID-19 aşkarlanıb
Region
10 Fevral , 2022 11:07
Ermənistanda koronavirusa yoluxanların sayı 400 minə çatır

Ermənistanda son sutkada daha 2 842 nəfərdə COVID-19 aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 399 727-yə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 15 nəfər artaraq 8 123-ə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 559 nəfərdir. İndiyədək 362 002 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 28 040 aktiv koronavirus xəstəsi var.

Son xəbərlər

Orphus sistemi