Ermənistanda koronavirusa yoluxanların sayı 331 914 nəfərə yüksəlib

Region
  • 18 noyabr, 2021
  • 07:12
Ermənistanda koronavirusa yoluxanların sayı 331 914 nəfərə yüksəlib

Ermənistanda daha 1019 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Məlumata görə, Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 331 914 nəfərə yüksəlib.

Bildirilib ki, son sutkada ölkədə koronavirusdan 30 nəfər ölüb. Bununla da ölənlərin sayı 7 183-ə çatıb.

44 - Tezliklə