Ermənistanda daha 756 nəfər COVID-19-a yoluxub.
“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.
Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 250 559-a çatıb. Son sutkada koronavirusdan 22 nəfər ölüb. Bununla da koronavirusdan vəfat edənlərin sayı 5 056-ya yüksəlib.
Koronavirusa yoluxan 233 910 nəfər sağalıb. Hazırda 10 412 pasiyent müalicə olunur.