Ermənistanda koronavirusa yoluxanların sayı 194 852-yə çatıb

Ermənistanda koronavirusa yoluxanların sayı 194 852-yə çatıb Ermənistanda son sutkada daha 1 116 nəfərdə COVID-19 aşkarlanıb
Region
2 Aprel , 2021 10:56
Ermənistanda koronavirusa yoluxanların sayı 194 852-yə çatıb

Ermənistanda son sutkada daha 1 116 nəfərdə COVID-19 aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 194 852-yə çatıb. İndiyədək 174 545 pasiyent infeksiyadan sağalıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 19 nəfər artaraq 3 552-yə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 904 nəfərdir.

Son xəbərlər

Orphus sistemi