Ermənistanda koronavirusa yoluxanların sayı 192 mini ötdü

Ermənistanda koronavirusa yoluxanların sayı 192 mini ötdü Ermənistanda son sutkada daha 1 148 nəfərdə COVID-19 aşkarlanıb
Region
31 Mart , 2021 10:53
Ermənistanda koronavirusa yoluxanların sayı 192 mini ötdü

Ermənistanda son sutkada daha 1 148 nəfərdə COVID-19 aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 192 639-a çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 18 nəfər artaraq 3 515-ə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 892 nəfərdir. İndiyədək 173 064 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 15 168 aktiv koronavirus xəstəsi var.

Son xəbərlər

Orphus sistemi