Ermənistanda koronavirusa yoluxanların sayı 175 198-ə çatdı

Ermənistanda koronavirusa yoluxanların sayı 175 198-ə çatdı Ermənistanda son sutkada daha 182 nəfər COVID-19-a yoluxub
Region
9 Mart , 2021 10:46
Ermənistanda koronavirusa yoluxanların sayı 175 198-ə çatdı

Ermənistanda son sutkada daha 182 nəfər COVID-19-a yoluxub.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 175 198-ə çatıb. Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 7 nəfər artaraq 3 232-yə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 829 nəfərdir. İndiyədək 165 096 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 6 038 aktiv koronavirus xəstəsi var.

Son xəbərlər

Orphus sistemi