Ermənistanda koronavirusa yoluxanların sayı 170 minə çatır

Ermənistanda koronavirusa yoluxanların sayı 170 minə çatır Ermənistanda son sutkada daha 203 nəfər COVID-19-a yoluxub
Region
18 Fevral , 2021 10:55
Ermənistanda koronavirusa yoluxanların sayı 170 minə çatır

Ermənistanda son sutkada daha 203 nəfər COVID-19-a yoluxub.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 169 820-yə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 1 nəfər artaraq 3 156-ya yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 794 nəfərdir. İndiyədək 161 577 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 4 293 aktiv koronavirus xəstəsi var.

Son xəbərlər

Orphus sistemi