Ermənistanda kəndlilər etiraz aksiyası keçirib

Ermənistanda kəndlilər etiraz aksiyası keçirib Qeyd edək ki, koronavirusla bağlı tətbiq edilən fövqəladə vəziyyət rejimi ilə əlaqədar kəndlilər üzümü satmaqda çətinlik çəkirlər.
Region
957
3 Sentyabr , 2020 15:57
Ermənistanda kəndlilər etiraz aksiyası keçirib
0 : 00
0 : 00

Ermənistanda Ararat vilayətinin sakinləri Yerevan-Yerasxavan avtomobil yolunu etiraz əlaməti olaraq bağlayıblar.

“Report” xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.

Aksiya iştirakçıları üzümün satın alınması ilə bağlı problemin həll edilməsini tələb ediblər. Onlar Ermənistanın baş naziri Nikol Paşinyanla görüşmək istədiklərini bildiriblər. Ararat vilayətinin qubernatoru Qarik Sarkisyan və yerli polis idarəsinin rəisi Kamo Susulyan aksiya iştirakçıları ilə görüşüb.

Aksiyada Lusarata, Vedi, Taperakan, Nor Kyank, Vosketap, Aralez və başqa kəndlərin sakinləri aksiyada iştirak ediblər.

Qeyd edək ki, koronavirusla bağlı tətbiq edilən fövqəladə vəziyyət rejimi ilə əlaqədar kəndlilər üzümü satmaqda çətinlik çəkirlər.

Son xəbərlər

Orphus sistemi