Ermənistanda keçmiş və indiki qubernatorların oğulları arasında atışma düşüb, ölənlər var
Region
- 14 iyul, 2021
- 05:43
Ermənistanın Gorus şəhərində Sünik vilayətinin keçmiş və indiki qubernatorlarının oğulları bir-birinə atəş açıb.
“Report” xəbər verir ki, məlumatı “Qraparak” qəzeti yayıb.
Bildirilib ki, Sünik vilayətinin keçmiş qubernatoru Surik Xaçatryanın oğlu Tiqran Xaçatryanla bölgənin indiki başçısı Melikset Poqosyanın oğlu arasında atışma olub. Məlumata görə, hadisə nəticəsində ölənlər var.
Qəzetin yazdığına əsasən, Tiqran Xaçatryan 2013-cü ildə də oxşar hadisənin iştirakçısı olub. Həmin vaxt atasının evinin yanında ölümlə nəticələnən atışmaya görə Tiqran həbs edilmişdi. Ancaq məhkəmə sonradan bunu özünümüdafiə ilə əlaqələndirərək ona bəraət vermişdi.
Son xəbərlər
20:18
Azərbaycan və Moldova parlamentlərarası əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər
Xarici siyasət20:06
Foto
Bakıda keçiriləcək WUF13-ə hazırlıq Ər-Riyadda müzakirə olunub
Xarici siyasət20:01
BMT: Sudanda dron hücumları nəticəsində 100-dən çox dinc sakin həlak olub
Digər ölkələr19:53
"Mançester Siti"nin futbolçusu 2025-ci ildə meydana çıxa bilməyəcək
Futbol19:48
Elektron siqaretlərdə yaranan aerozollar ağciyər üçün geridönüşü olmayan problemlər yaradır - RƏY
Daxili siyasət19:43
Macarıstan ABŞ-dən mayeləşdirilmiş təbii qaz tədarükü üzrə müqavilə imzalayıb
Digər ölkələr19:31
Mədəniyyət Nazirliyi "MilliNet 2025" müsabiqəsinin qalibləri sırasında yer alıb
Mədəniyyət siyasəti19:12
Türkiyə Ordusu il ərzində terrorçulara aid 308 mağara və sığınacağı məhv edib
Region19:08
Foto