Ermənistanda iş adamı axtarışa verildi

Ermənistanda iş adamı axtarışa verildi Ermənistanda hökumətə qarşı olan tanınmış adamların təqibi davam edir.
Region
4 Mart , 2020 10:15
Ermənistanda iş adamı axtarışa verildi

Ermənistanda hökumətə qarşı olan tanınmış adamların təqibi davam edir.

“Report” “Armenpress”ə istinadən xəbər verir ki, iş adamı Samvel Mayrapetyan barəsində axtarış elan olunub.

Ermənistan Xüsusi İstintaq Xidməti bildirib ki, onun barəsində həbs qətimkan tədbiri seçilib. S.Mayrapetyan rüşvətxorluqda vasitəçilik etməkdə ittiham olunur.

Qeyd edək ki, S.Mayrapetyan 1959-cu ildə Ermənistanın Geğarkunik vilayətinin Qavar (Kəvər) şəhərində anadan olub. O, Ermənistan Xalq Təsərrüfatı İnstitutunun iqtisadiyyat fakültəsini bitirib. 1996-1997-cı ildə Ermənistan Mədəniyyət Nazirliyi Adminstrasiyasının rəhbəri işləyib. 1997-2000-ci illərdə “Paradiz” reklam agentliyinin direktoru olub.

2000-ci ildə “Prometevs” telekanalının direktoru təyin edilib. “İkinci Erməni kanalı” televiziyasının sədridir. 

Son xəbərlər

Orphus sistemi