Ermənistanda iş adamı 90 min dollar həcmində vergidən yayınmaqda ittiham olunur

Ermənistanda iş adamı 90 min dollar həcmində vergidən yayınmaqda ittiham olunur Baş Prokurorluğunda xüsusi iri həcmdə vergidən yayınmağa dair iş açılıb
Region
4 Noyabr , 2017 06:27
Ermənistanda iş adamı 90 min dollar həcmində vergidən yayınmaqda ittiham olunur

Bakı. 4 noyabr. REPORT.AZ/ Ermənistan Baş Prokurorluğunda xüsusi iri həcmdə vergidən yayınmağa dair iş açılıb.

"Report"un "news.am"a istinadən verdiyi xəbərə görə, Ermənistan Dövlət Gəlirləri Komitəsinin əməliyyat-axtarış tədbirləri zamanı məlum olub ki, 2017-ci ilin yayında İrəvandan olan M.M Abovyan və Vanadzor sakinlərinin adına iki şirkət açıb.

Daha sonra o, saxta faktura hesablarından istifadə edərək Rusiyadan məhsul idxal edərək satıb, lakin müvafiq sənədləri vergi xidmətinə təqdim etməyib.

Müəyyən edilib ki, M.M 43 milyon dram məbləğində (90 mln. dollar) ƏDV və mənfəət vergisi olan təqribən 134,6 mln. dram məbləğində (təqribən 280 dollar) dövriyyəni hökumətdən gizlədib.

Faktla bağlı cinayət işi qaldırılıb.

Son xəbərlər

Orphus sistemi