Ermənistanda iki ayda ölənlərin sayı artıb, doğulanların sayı azalıb

Region
  • 13 aprel, 2022
  • 07:03
Ermənistanda iki ayda ölənlərin sayı artıb, doğulanların sayı azalıb

Ermənistanda bu ilin ilk iki ayı ərzində ölənlərin sayı artıb, doğulanların sayı isə azalıb.

“Report” “Joxovurd”a istinadən xəbər verir ki, məlumatı Ermənistan Dövlət Statistika Komitəsi yayıb.

Bildirilib ki, bu ilin yanvar-fevral aylarında 6030 nəfər ölüb, ötən ilin uyğun dövründə bu rəqəm 5 431 nəfər olub. Bununla da ötən ilin uyğun dövrü ilə müqayisədə 2022-ci ilin ilk iki ayında 599 nəfər çox insan ölüb.

Qəzetin yazdığına əsasən, bu ilin ilk iki ayında Ermənistanda 5 344 körpə doğulub. 2022-ci ilin uyğun dövründə bu rəqəm 5 533 körpə təşkil edib. Başqa sözlə, cari ilin ilk iki ayında doğulan uşaqların sayı 189 nəfər azalıb.