Ermənistanda hərbçilərin müalicəsi üçün nəzərdə tutulan tibbi avadanlıq satılıb

Ermənistanda hərbçilərin müalicəsi üçün nəzərdə tutulan tibbi avadanlıq satılıb Ermənistanda yaralı hərbçilərin müalicəsi üçün nəzərdə tutulan tibbi avadanlığı satılaraq külli miqdarda yeyintiyə yol verilib.
Region
14 Oktyabr , 2021 17:37
Ermənistanda hərbçilərin müalicəsi üçün nəzərdə tutulan tibbi avadanlıq satılıb

Ermənistanda yaralı hərbçilərin müalicəsi üçün nəzərdə tutulan tibbi avadanlıq satılaraq külli miqdarda yeyintiyə yol verilib.

“Report” xəbər verir ki, bu barədə Kaliforniyada yaşayan Mixail Sariyan feysbuk hesabında yazı paylaşıb.

Müəllif qeyd edib ki, son iki il ərzində Ermənistan Müdafiə və Səhiyyə nazirliklərinə bütövlükdə 15 milyon dollar dəyərində tibbi avadanlıq və ləvazimat göndərib: “İndi də öyrənirəm ki, Ermənistana təmənnasız verdiyim bu dəyərli avadanlığın bir hissəsini müdafiə naziri satıb, bir neçə milyon pulu cibinə qoyubmuş. Aşağıdakı şəkillərdə gördüyünüz tibbi barokameralar ağır yanıq xəsarəti almış əsgərlər üçün nəzərdə tutulub”.

Yazıda sözügedən avadanlığın xaricə satıldığı bildirilib: “Onlar həmin avadanlığın hərəsini 700 min dollara satıb, pulu da ötürüblər ciblərinə! Biabırçılıqdır. İnanmaq olmur ki, öz ölkəsini, öz xalqını bu cür satanlar da ola bilərmiş!”

Son xəbərlər

Orphus sistemi